Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:24

ABŞ-da Demokratların seçkiqabağı qurultayı açılır


Barack Obama
Barack Obama
Sentyabrın 4-də ABŞ prezidenti Barack Obama’nın Demokratlar partiyasının qurultayı açılır.

Qurultay Şimali Karolina ştatının Şarlott şəhərində 3 gün ərzində davam edəcək.

Qurultayın son günündə Barack Obama’nın növbəti prezidentlik üçün rəsmən namizədliyi irəli sürüləcək.

Obama həmin gün çıxış edəcək.

Vitse-prezidentliyə namizəd isə yenidən Joe Biden olacaq.

Birləşmiş Ştatlarda noyabr ayında prezident seçkiləri keçiriləcək. Obama’nın rəqibi Respublikaçıların namizədi, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romney’dir.
XS
SM
MD
LG