Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Azərbaycan üzgüçüsü Natali Pronina gümüş medal qazanıb


Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir.

AzərTAc xəbər verir ki, 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan azərbaycanlı idmançı Natali Pronina ilk mərhələdə 2 dəqiqə 36 saniyə göstərici ilə qrupda birinci olub.

Digər qrupun idmançıları da yarışdıqdan sonra finala yüksələn 8 üzgüçünün adı müəyyənləşib. Bu idmançılar arasında Azərbaycan üzgüçüsü Natali Pronina da var.

Həlledici mərhələdə idmançı 2 dəqiqə 28 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub və London Paralimpiya Oyunlarının gümüş medalını qazanıb. Yarışın qalibi Rusiya idmançısı Oksana Savçenko olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG