Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:53
-
Sentyabrın 3-də Bakıda beşulduzlu «Four Seasons» otelinin açılışı olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

«Four Seasons Hotel Baku» məşhur «Four Seasons» otellər şəbəkəsinin dünyadakı 90-cı otelidir. Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən oteldə 27 lüks nömrə, iki prezident lüksü olmaqla, 171 geniş otaq, klassik interyer yaradılıb.

Oteldə iki ziyafət, bir neçə kiçik banket zalları, işgüzar görüşlərin keçirilməsi üçün beş konfrans salonu fəaliyyət göstərir. Burada şüşə tavanlı hovuz, sağlamlıq və idman mərkəzi, 10 prosedur otağı, eləcə də qədim Azərbaycan, türk və fars ənənələri əsasında dəriyə qulluq göstərilən «Jaleh Spa» var.

Oteldə italyan mətbəxinin təamlarının təklif edildiyi «Zafferano» restoranı, çay və ləziz desertlər üçün «Piazza Launge», «Bentley» barı fəaliyyət göstərir. Dəniz məhsullarının təqdim edildiyi «Kaspia» restoranında özəl ziyafətlər üçün kiçik «Qarabağ» zalı da var.

Oteldə 350 nəfər işçi çalışır. /AzərTAc/

Günün bütün mövzuları

XS
SM
MD
LG