Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

Ermənistan parlamenti Ramil Səfərovla bağlı fövqəladə iclas keçirəcək [Video]


-
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Görüşdə Dağlıq Qarabağ probleminin cari vəziyyəti müzakirə olunub.

ATƏT-in yaydığı məlumatda deyilir ki, Minsk Qrupu həmsədrləri Ramil Səfərovun əfv olunmasından “dərin narahatlıq və təəssüf” bildiriblər.

Qarabağ danışıqları barədə isə həmsədrlər bildiriblər ki, sülh prosesinə alternativ yoxdur.

Həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir gün əvvəl – sentybarın 2-də görüşmüşdülər.

***

Ötən həftənin sonu Yerevanda Macarıstan bayrağı yandırılaraq tapdalanıb.

Yerevandakı Macarıstan konsulluğu qarşısında keçirilən aksiyaya toplaşanlar erməni zabitini öldürmüş Azərbaycan hərbçisi Ramil Səfərovun əfvinə etiraz ediblər.

Macarıstan ömürlük cəza çəkən Ramil Səfərovu bir neçə gün qabaq Azərbaycana təhvil verib.

Aksiyaçılar Ramil Səfərovu cinayətkar adlandırıblar, Azərbaycan rəhbərliyini isə “barbar siyasət yürütməkdə” ittiham ediblər.

Amma onlar eyni zamanda hadisəni Ermənistan rəhbərliyinin diplomatik sahədə uğursuzluğu kimi qiymətləndiriblər və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı istefa verməyə çağırıblar.

FÖVQƏLADƏ TOPLANTI

Sentyabrın 5-də isə Ermənistan parlamentinin fövqəladə toplantısı olacaq. Bu barədə parlament spikeri ilə fraksiyaların rəhbərləri razılığa gəliblər.

Bu toplantı məhz Ramil Səfərovun əfvi məsələsinə cavab olaraq keçiriləcək.

Fövqəladə toplantı keçirməyin zəruriliyini Ermənistan prezidenti Serj Sarkisyan bildirmişdi.

O bunu hadisədən dərhal sonra keçirdiyi Milli Təhlükəsizlik Şurasının toplantısında demişdi.

Həmin toplantıda Ermənistan rəhbərliyi Macarıstanla bütün diplomatik münasibətləri kəsəsəcəyini elan etmişdi.

İlham Əliyevin Ramil Səfərovu əfv etməsi, sonra isə ona mayor rütbəsi verilməsi Ermənistanda şok effekti doğurub.

Yerevanda Macarıstan konsulluğu qarşısında bu ölkənin bayrağı yandırılır, 1 sentyabr, 2012

Yerevanda Macarıstan konsulluğu qarşısında bu ölkənin bayrağı yandırılır, 1 sentyabr, 2012

Yerevan sakini, rəqs müəllimi Qagik Genosyan “Röyters”ə deyib ki, Avropa Şurasının üzvü olan dövlətin qətl törətmiş şəxsi əfv etməsindən qəzəblənib:

“Mən Avropada baş verənlərə və insan haqlarının bu qədər dəyərdən düşməsinə acıqlıyam. İnsan haqlarından bağıra-bağıra danışan Avropa bir insanın öldürülməsinə, onun qatilinin isə azadlığa buraxılmasına göz yumur. Heç bir cəzasız. Qəpik-quruşa”.

ƏFVİN DANIŞIQLARA MÜMKÜN TƏSİRİ

Erməni politoloqu Ruben Meqrabyan isə deyir ki, baş vermiş hadisənin Qarabağ danışıqlarına çox mənfi təsiri olacaq.

O hesab edir ki, Ramil Səfərovun əfvi Azərbaycan tərəfinin sülh danışıqlarında səsləndirdyi arqumentləri heçə endirir, yəni ermənilərlə barışıq, onların təhlükəsizliyinə təminat verilməsi.

Ermənistanda Ramil Səfərov haqda hətta hədələr də səslənib.

Modern.az-in xəbərinə görə, Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan erməni mətbuatına bildirib ki, vaxtilə “erməni soyqırımı”na görə cavabdehlik daşıyan türk diplomatları dünyanın müxtəlif yerlərində qətlə yetirilmişdi. “Qatili qəhrəmanlaşdıran abşeronlu siyasətçilər və onların arxasında dayananlar bu tarixi faktlardan dərs çıxarsalar yaxşıdır”, – deyə erməni deputat vurğulayıb.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevsə bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG