Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36
-
Türkiyənin Energetika naziri Taner Yıldız Türkmənistanın Trans-Anadolu Qaz Kəmərinə qoşulmasına dair danışıqlar aparmaq üçün bu ölkəyə gedib. O, Azərbaycan və Türkmənistan həmkarları, o cümlədən, AB-nin enerji məsələləri üzrə komissarı Günther Oettinger'lə birgə toplantı keçirəcək. Günther Oettinger isə sentyabrın 2-də Bakıda prezident İlham Əliyevlə görüşüb. Rəsmi media onların arasında enerji məsələləri ilə bağlı müzakirələr aparıldığını yazıb.

TÜRKMƏNİSTANIN MÜŞTƏRƏK İŞ FİKRİ YOXDUR

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Türkmənistanın Trans-Anadolu Qaz Kəmərinə qoşulacağını gözləmir. O, AzadlıqRadiosunda müsahibəsində deyir:

- Türkmənistan hökuməti öz sərhədləri yaxınlığındakı layihələrə bir dollar belə sərmayə qoymaq üçün addım atmır. O da qala öz sərhədindən təxminən 3 min km uzaqda. Türkmənistanın enerji siyasətində dəyişiklik olardısa, bunu «inqilabi addım» adlandırmaq olardı. Türkmənistan heç bir riski bölüşmək, başqalarının layihəsində kiminləsə müştərək işləmək fikrində deyil.

Bəs Azərbaycan Türkmənistanın bu layihəyə qoşulmasında maraqlıdırmı? İlham Şabanın fikrincə, heç Azərbaycan da Türkmənistanı böyük həvəslə bu layihəyə dəvət etmir. O, xatırladır ki, ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev bu layihəni Azərbaycanda, Xəzərdə sərmayəsi, Qərb bazarında isə satış imkanları olan şirkətlərlə bölüşəcəyini söyləyib. Ekspert hesab edir ki, Türkmənistan həm də maliyyə imkanlarına görə Azərbaycan üçün cəlbedici deyil.

İlham Şaban

İlham Şaban

Belə olan halda «Trans-Xəzər» layihəsinin baş tutması gözlənirmi?

İlham Şaban deyir ki, bir müddət əvvəl Azərbaycan rəsmiləri bu ilin may-iyun aylarında «Trans-Xəzər» layihəsinə siyasi dəstək verən memorandumun, o cümlədən hökumətlərarası razılaşmanın imzalanacağını bildirsə də, bu, hələlik baş tutmayıb. Onun fikrincə, «Trans-Xəzər» layihəsinin gerçəkləşməsində ilk öncə Türkmənistan özü maraqlı deyil. Müsahibimiz xatırladır ki, sənədlərin imzalanacağı gözlənən ərəfədə Türkmənistan Azərbaycana qarşı iqtisadi sanksiyalar iddiası qaldırdı və iki ölkə arasında münasibətlər gərginləşdi:

– Azərbaycan Türkmənistan üçün Qərbə açılan qapıdır. Cənubda İran, Şimalda Rusiyadır. Türkmənistan bilir ki, qazını yalnız Azərbaycan vasitəsilə Qərbə çıxara bilər. Bəs onda niyə gərginlik yaradır? Çünki onun Qərbə qaz satmaq fikri yoxdur, İran, Çin və digər ölkələrlə layihələrdə qazının qiymətini heç olmasa, 10 faiz qaldırmaq niyyəti güdür.

İlham Şaban əlavə edir ki, heç Qərb də «Trans-Xəzər» layihəsində bir o qədər maraqlı deyil. Qərb ölkələrinin bu istiqamətdə təşəbbüslər irəli sürməkdə məqsədi Rusiya qazını daha güzəştli qiymətlərlə almaq imkanını genişləndirməkdir.
XS
SM
MD
LG