Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:12

İnsan Haqları Federasiyası Şanxay Əməkdaşlığı Təşkilatını tənqid edir


Parisdə qərarlaşan İnsan Haqları Beynəlxalq Federasiyası yaydığı hesabatında bildirir ki, Şanxay Əməkdaşlığı Təşkilatı öz üzv ölkələri tərəfindən insan haqları pozuntuları üçün vasitə kimi istifadə olunur.

Təşkilat bildirir ki, Şanxay Konvensiyasına görə, üzv ölkə digər üzv ölkənin kimisə terrorda ittiham etməsini qəbul etməlidir, hətta sübutlar təqdim olunmasa da.

Təşkilatın fikrincə, belə müddəa Şanxay Əməkdaşlığı ölkələrinə imkan verir ki, dissidenti hətta başqa ölkəyə qaçanda belə, ona qarşı terrorizm ittihamı irəli sürüb, onu başqa ölkədə tutub, geri qaytarsın.

Şanxay Əməkdalığı Təşkilatına Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan daxildir.
XS
SM
MD
LG