Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56
Əvvəlcə braziliyalı Kaka Realdan gedəcəyini bildirmişdi, indi Cristiano Ronaldo deyir ki, o, klubda “məyusdur”.

Real (Madrid) klubunun və dünya futbolunun ulduzu Ronaldo deyib ki, bazar günü Granada ilə 3:0 hesabı ilə qurtaran oyunda iki qol vurandan sonra ““klubdakı adamlar” onun qanını qaraldıb.

Ronaldodan soruşulub ki, niyə məhz oyundan sonra?

Ronaldo deyib: “Mən məyus olmuşam və klub bunu bilir. Buna görə mən vurduğum qollara sevinmirdim. Klubdakı adamlar səbəbini bilirlər”.

Ronaldonun dedikləri azarkeşlər arasında ehtimallar yaradıb ki, Ronaldo Realdan gedir.
Real onu 2009-cu ildə Manchester United klubundan 80 milyon funt sterlinqə almışdı. O, son 3 mövsümdə Realda 150 qol vurub.

Ronaldo dediklərinə heç bir aydınlıq gətirmək istəməyib: “Mən əlavə heç nə demək istəmirəm”


Andres Iniesta

Andres Iniesta

Jurnalistlər Realın digər oyunçusu Gonzalo Higuaindən soruşublar ki, Ronaldoya nə olub? O cavab verib ki, onun fikrincə, Ronaldo özünü çox yaxşı hiss edir.

Bəlkə ilin ən yaxşı oyunçusu mükafatının Barcelonadan olan İniestaya verilməsi Ronaldonu məyus edib?
Ronaldo bu fikirləri qəti olaraq rədd edir. O deyib ki, “İniesta bu mükafata layiqdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG