Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Tarixdə bu gün - 3 sentyabr


George Washington (1732–99). Inqilabi ordunun baş komandanı, ABŞ-ın ilk prezidenti

George Washington (1732–99). Inqilabi ordunun baş komandanı, ABŞ-ın ilk prezidenti

ABŞ televiziyasında ilk uzunmüddətli teleserial 1951-ci il sentyabrın 3-də başlandı. O, CBS televiziyasında yayımlanırdı.

Sentybarın 3-də digər hadisələr:

1783-cü il - Amerika inqilabı rəsmən sentybarın 3–də başa çatdı. ABŞ, Böyük Britaniya, Fransa, İspaniya Parisdə saziş imzaladı.
Bu sazişlə ABŞ müstəqil dövlət oldu.

1933-cü il- Yevgeni Abalakov ilk dəfə Komunizm pikinə (7495 m) qalxdı. Tacikistanda olan bu zirvənin adı indi İsmail Samani zirvəsidir.

1935-ci il- ilk dəfə avtomobil saatda 300 mil həddini keçdi. Sir Malcolm Campbell Yuta ştatında səthi hamar, qurumuş duz göldə saatda 304 mil sürəti göstərdi. Bu, təxminən saatda 489 km idi.

1967-ci il- Dagendə (İsveç) bir gecənin içində yolun solu ilə hərəkət sağı ilə hərəkətə keçdi.
XS
SM
MD
LG