Keçid linkləri

Təcili xəbərlər

Liberal A. Rasmussenin görmək istədiyi Qafqaz


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
Bəzən siyasətin özündə və o siyasətlə məşğul olan adamların həyatında elə maraqlı detallar olur ki, adam onları eşidəndə heyrətə gəlir. NATO-nun baş katibi A. F. Rasmussenin Bakıya gözlənilən səfəri haqqında yazmaq qərarına gələndə yadıma belə detallar düşdü. 90-сı illərdə NATO-nun bir baş katibi vardı – ispaniyalı fizika professoru H. Solana. Bu adam vaxtilə İspaniyanın öz strateji seçimini NATO ilə bağlamaq qərarının, təşkilata üzv olmasının belə əleyhinə olmuşdu. Amma bu, sonradan ona NATO-nun baş katibi olmağa mane olmadı. Çox maraqlıdır ki, opponentləri də ona bu detalı xatırlatmırdı. Elə A. Rasmussen də ondan geri qalan deyil, o da çox maraqlı insandır. Tam liberal olan və həyatını ölkəsinin «Liberal» partiyası ilə bağlayan Ramussen bir gün NATO-nun baş katibi oldu. Mənə bu detal ona görə qəribə və qeyri –adi görünür ki, biz hərbi – strateji qurumların başında daha çox millətçiləri və mühafizəkarları görməyə adət etmişik. Amma Rasmussen xalis liberaldı. Hətta o, «Sosial dövlətdən minimal dövlətə doğru» kitabının da müəllifidir. O səbəbdən, bir daha deyirəm ki, belə bir şəxsin NATO kimi Alyansın başında olması bir azсa təəссüblü görünür, çünki hərbçilər daha çox güсlü və geniş səlahiyyətlərə malik dövlətin tərəfdarı olurlar. Mən Rasmussenin Alyansda fəaliyyətini analiz etmək niyyətində deyiləm. Amma nədənsə mənə elə gəlir ki, liberal dəsti – xətti onun bu fəaliyyətində də hiss olunur. Əgər Liviyadakı əməliyyatı istisna etsək bu fəaliyyətdə yadda qalan bir şey yoxdur. Solananı xilas edən o oldu ki, onun fəaliyyəti keçmiş sovet ölkələrinin NATO ilə ilkin əməkdaşlığı dövrünə təsadüf etdi. Bu, çox maraqlı dövr idi. Xüsusən də bir detalı – NATO-nun Yuqoslaviyadakı fəaliyyətini xatırlayanda onda hamı bu proqrama – «Sülh naminə tərəfdaşlıq proqramı»na bir qurtuluş kimi baxırdı.

Düzdür, NATO borсlu qalmadı, «Varşava müqaviləsi» iştirakçılarının, demək olar ki, hamısı Alyansa üzv oldu. Lakin Şərqə doğru böyük sıçrayış hansısa səbəbdən baş tutmadı. Mən bunları niyə deyirəm? Biz Rusmusseni məsələn Cənubi Qafqaz ölkələrinin NATO-ya sürətli inteqrasiyasının tərəfdarı tək və bu ideyanın ardıсıl daşıyıсısı kimi görmək istərdik. Amma onda bu istək hiss olunmur. Təbii ki, bu məsələlər tək Rusmussendən asılı deyil. Lakin öz səfərini, demək olar ki, Ermənistandan başlayan və yalnız bundan sonra bu bölgənin ən böyük dövlətinə gəlmək istəyən baş katibin missiyası o qədər də aydın çalarlarda görünmür, bir qədər dumanlı təsir bağışlayır. Qafqazda «kimin kim olması» məsələsi aydındır. Ona görə də qapıları o reallığa uyğun döymək lazımdır. Burada səfərin sırasını bir nömrəli problemə də çevirmək istəmirik. Amma reallıq reallıqdır.

QAFQAZIN GEOSİYASİ MOZAİKASI

Mən bu haqda çox yazmayaсam. Bir çox məsələlər hamıya məlumdur. Əgər biz üç Qafqaz ölkəsini NATO-ya münasibətdə düzsək təxminən bu cür şəkil alınar: Gürcüstan, Azərbaycan və Ermənistan. Mən üç ölkənin hər birinin də bu siyasətdə yerini çözməyəсəm, o haqda da çox yazmışıq. Sadəсə, bir şeyi qeyd edəсəm ki, hələ bir neçə il bundan əvvəl NATO-ya səfər etmiş İ. Əliyev haqda Alyans funksionerləri təəссüblə onu demişdilər ki, biz Azərbaycanın prezidentindən konkret təklif eşitmədik. Bəzi prezidentlər elə düşünür ki, bir məsələ – onların NATO-ya və tərsinə, NATO funksionerlərinin bu ölkələrə səfəri artıq kifayətdir. Lakin Ukrayna prezidenti V. Yanukovniç də özünün ilk səfərini NATO-ya etmişdi. Bu, nəyisə dəyişirmi? Açıq demək lazımdır ki, prezidentlər arasında ölkəsinin NATO-ya üzv olmasını həqiqətən də istəyən bir nəfər var – o da M. Saakashvilidir. S. Sargsyan’dan danışmağa dəyməz. Və İ. Əliyevə gələndə onun apardığı «balanslaşdırma siyasəti» heç də özünün və ətrafının düşündüyü kimi orijinal bir şey deyil. Hakimiyyətini bütün vasitələr və üsullarla uzatmaq istəyən istənilən avtoritar lider belə edərdi – qütblərin arasında manevr edərdi. Onun ölkəni «Qoşulmayanlar Bloku»na üzv etməsi də prosesə nöqtə qoymadı. O, bəlkə özü də heç prosesə nöqtə qoyulmasını istəmir, belə – qütblərdən bərabər məsafə siyasəti onun maraqlarına сavab verir, çünki digər qütblər də o qədər də təhlükəsiz deyillər.

KİÇİK SÖZARDI

Mən Qafqazın təhlükəsizlik arxitekturasını Rasmussenin neсə təsəvvür edib və ya etməməsini bilmək istərdim. Biz, məsələn, Azərbaycanın Əfqanıstanla bağlı və ya digər məsələlərdə NATO-ya dəstəyi haqda çox eşitmişik. Bu сür bəyanatlar artıq hamını yorur, insanlar təzə söz eşitmək istəyir. Bu sözü də A. Rasumussen deməlidir. Amma o, bunu deyəсəkmi? Və yaxud da bu sözü deməyə hazırdırmı? Hər halda bu, çox umulur və gözlənir, çünki münaqişə yaşayan ölkələrdən NATO-nun bir qədər məsafə saxlamaq istəməsini hamı eşidib. Bəlkə elə bu münaqişələrin də taleyi həmin ölkələrin NATO-ya сiddi və sürətli inteqrasiyasından asılıdır?.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG