Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:58

Vyanada Qarabağ forumu keçiriləcək


Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi» mövzusunda oktyabrın 26-27-də Vyanada Forum keçirəcək.

Bu barədə ASAİF – Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun saytında məlumat verilib.

Forum çərçivəsində Azərbaycan rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər mövzuları ətrafında müzakirələr aparacaq.

Forumda iştirak etmək üçün hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrantlar və doktorantlar müraciət edə bilərlər.

Forumu Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, «Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyi və ASAİF təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG