Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Misir televiziyası qadın aparıcılara hicab qadağasını götürdü


Misir dövlət televiziyası qadın aparıcılarının örtülü geyimdə efirə çıxmasına qoyulan uzun illik qadağanı aradan qaldırıb.

Bu həftənin bazar günü başı örtüklü olan Fatma Nabil saat 12-də efirə gedən xəbər bülletenini oxuyub.

Dövlət televiziyası deyib ki, yarım əsrdən çoxdur ki, hicablı xanımların efirə çıxması yasaqlanıb.

Bir müddət əvvəl Misirin keçmiş prezidenti Hüsnü Mübarək hakimiyyətdən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG