Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:40

Pakistan: İntiharçı maşını ABŞ Konsulluğuna məxsus avtomobilə çırpıb


Pakistanda intiharçı idarə etdiyi maşını ABŞ konsulluğuna məxsus nəqliyyat vasitəsinə çırpıb.

İntiharçının olduğu maşın partlayıcı maddə ilə dolu olub.

Hadisə nəticəsində 2 adam ölüb. Azı 18 adamın yaralandığı bildirilir. Onların arasında iki ABŞ vətəndaşı da var.

Hadisə Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Peşəvar şəhərində baş verib.

Partlayış ABŞ, BMT və digər xarici təşkilatların yerləşdiyi ərazidə baş verib.

Yerli məmurlar ölənlərin ABŞ vətəndaşı olduğunu bildirsə də, sonradan Reuters agentliyi ABŞ-ln İslamabaddakı səfirliyinə istinadən bildirib ki, ölənlər amerikalı deyillər.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən yoxdur.

Pakistan Talibanı əvvəllər bu cür hücumlarda ittiham edilib.
XS
SM
MD
LG