Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Bu il birinci sinfə 130 min şagird qəbul olunacaq


2012-2013-cü tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin I sinfinə 130 min 454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub.

Bu göstərici, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36 min 102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35 min 509 nəfər olub.

Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG