Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

Metroda bomba həyəcanı


Sentyabrın 2-də Bakı Metropolitenin «20 Yanvar» stansiyasına partlayıcı qurğunun yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) «112» qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-nin saytının yaydığı məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyanın ərazisində şübhəli əşya aşkar etməyiblər.
XS
SM
MD
LG