Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:51

Xorvatiyanın keçmiş baş nazirinə qarşı daha bir ittiham


Xorvatiyanın keçmiş baş naziri İvo Sanaderə qarşı yeni ittiham irəli sürülüb.

O korrupsiya yolu ilə təxminən 3 milyon dolları mənimsəməkdə ittiham olunur.

Rəsmi mənbələrin məlumatına görə Sanader 3 nəfərlə bilrlikdə hökumət fondlarından istifadə edərək bazar qiymətindən ucuz daşınmaz əmlak alıblar.

Bu ona qarşı irəli sürülən 5-ci ittihamdır.

59 yaşlı Sanader 2003-2009-cu illərdə baş nazir olub.

Prokurorluq deyir ki, o bu müddət ərzində əyri yollarla 15 milyon dollar əldə edib.

Sanader bütün ittihamları rədd edir.
XS
SM
MD
LG