Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:47

Sarkisian istənilən müharibəni udmağa hazır olduğunu deyir


Ermənistan prezidenti Serzh Sarkisian
Ermənistan prezidenti Serzh Sarkisian
Ermənistan prezidenti Serzh Sarkisian ölkəsinin Azərbaycanla istənilən müharibəni udmağa hazır olduğunu bəyan edib.

O qeyd edib ki, Ermənistan müharibə istəmir, amma Bakının buna vadar edəcəyi istisna deyil.

Sarkisyanın bəyanatı Azərbaycan prezidenti İlham Əliyevin zabit Ramil Səfərovu əfv etməsindən 3 gün sonraya təsadüf edir.

Şənbə günü Yerevanda buna etiraz olaraq aksiya keçirilib.

Aksiyada yüzlərlə adam iştirak edib.

Ramil Səfərov 2004-cü ildə Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilmişdi.

Avqustun 31-də, Azərbaycana verildikdən sonra prezident İlham Əliyev onun əfv olunması haqda sərəncam imzalayıb.

Ermənistan buna görə Macarıstanla bütün diplomatik əlaqələri dayandırıb.
XS
SM
MD
LG