Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Arxiyepiskop:" Bush və Blair məhkəməyə cəlb olunmalıdırlar"


“ Böyük Britaniyanın baş naziri Tony Blairlə keçmiş ABŞ prezidenti Gorge Bush İraq müharibəsinə görə məhkəməyə cəlb olunmalıdırlar”.

Bunu Nobel sülh mükafatçısı, arxiyepiskop Desmond Tutu Britaniya mətbuatına müsahibəsində bildirib.

O qeyd edib ki, Saddam Hussein rejimində kütləvi qırğın silahlarının sayı barədə yalan məlumat müharibənin başlamasına səbəb oldu.

Cənubi Afrika Respublikasından olan ilk qara dərili arxiyepiskop Desmond Tutu hesab edir ki, Blair ilə Bush minlərlə dinc sakinin ölümünə görə Beynəlxalq cinayət məhkəməsinə cəlb olunmalıdırlar.

Artıq məsələyə münasibət bildirən Tony Blair ittihamın əsassız olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG