Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

NATO Əfqanıstan polisinə təlimi dayandırır


NATO rəsmiləri daxili hücumlardan qaçmaq üçün Əfqanıstan polisi və xüsusi əməliyyat qüvvələrinə hərbi təlimlərin müvəqqəti dayandırıldığını deyirlər.

“New York Times” qəzeti NATO-nun sözçüsünə istinadla yazır ki, ümumilikdə 350 min nəfərlik Əfqanıstan ordusuna təlimlər davam edəcək, amma 20 minlik əlavə polis və təhlükəsizlik qüvvələrinə təlim müvəqqəti dayandırılacaq.

Ötən ay təlim keçən yerli kursantların hücumları nəticəsində azı 15 NATO əsgəri ölüb.

NATO 1 il ərzində Əfqanıstanda təhlükəsizliyə görə cavabdehliyi yerli qüvvələrə verməlidir.
XS
SM
MD
LG