Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:34

İordaniyada etiraz nümayişi keçirilib


Şənbə günü axşam İordaniyanın paytaxtı Ammanda qazın bahalaşmasına etiraz olaraq nümayiş keçirilib.

Son 3 ayda ölkədə yanacağın qiyməti 2 dəfə 10 faiz bahalaşıb.

Hökumət bunun səbəbinin əsasən büdcə kəsirinin ixtisarına yönəlmiş tədbirlərlə bağlı olduğunu deyir.

Hazırda Ammanda 4 milyardan artıq büdcə kəsiri var.

Nümayişçilər isə bunun səbəbini korrupsiyada görür və hakimiyyəti bu yöndə lazımi addımlar atmamaqda günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG