Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:59

«Akademik Həsən Əliyevin ruhu narahatdır»


-

«Şəffaflıq» qəzeti [Şamaxı] - 29 oktyabr 2011. N 01(01)


AKADEMİK HƏSƏN ƏLİYEVİN VƏ İBRAHİM SƏFƏROVUN RUHLARI NARAHATDIR

Hər bir elm adamının, şamaxılıların hələ də unutmadığı görkəmli alim, mübariz vətəndaş, təbiətşünas Həsən Əliyev və akademik İbrahim Səfərov Şamaxıda təbiətin qorunması, daha çox gərəkli ağacların artırılması üçün nə qədər əziyyətə qatlaşmışlar. Məhz onların təşəbbüsü və inadkarlığı ilə Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının elmi – tədqiqat işləri aparılması üçün əkinə yararsız sahələrdən 20 hektar torpaq sahəsi ayrılmışdır.

...AMEA-nın müxbir üzvü, Mərkəzi Nəbatat Bağının direktoru biologiya elmləri doktoru cənab Oruc İbadlının dediyinə görə, hətta Şamaxı rayon dayaq məntəqəsindəki badam ağaclarının xeylisini akademik Həsən Əliyev öz əlləri ilə əkib. Cənab Oruc İbadlının 19 dekabr 2007-ci il tarixli əmri ilə Şamaxı dayaq məntəqəsinin ərazisində mərhum akademiklərin adına xüsusi guşə yaradılması və park salınması nəzərdə tutulmuşdur.
Çox təəssüf ki, bütün bunların elmi, ictimai və siyasi əhəmiyyətini dərk etməyən cavabdehlər həmin əmrin icrasına da mane oldular. Bəzi şəxslər torpaq sahəsindən elmin inkişafı üçün istifadə etməkdənsə, şəxsi qazanc götürülməsinə üstünlük verirlər.

...Göründüyü kimi, qanunsuzluqların, özbaşınalıqların həddi – hüdudu yoxdur. Belə halları görəndə istər – istəməz belə bir suala cavab axtarmalı olursan: «Bu ölkənin halı necə olacaq?». Əcəba, bir ölkədə ki, qanunlar işləmir, əyalətlərdə məmurlar gözdən – könüldən uzaq bir guşəyə çəkilib at oynadır, qorxusuz-ürküsüz, cəzasızlıq mühitində iştahlanaraq bu qədər ədalətsizliyə qərar veriblər, o zaman gələcəyə inam hissi birdəfəlik yox olur. Lakin, bun baxmayaraq, yenə də ümidimizi üzmürük, gec – tez haqq - ədalətin bərpa olunacağına inanırıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG