Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:19

İranın 1-ci nüvə reaktoru tam gücü ilə işləyir


İranın Buşəhr atom elektrik satansiyasının 1-ci reaktoru 1000 meqavat-tam gücü ilə işləyir.

Bu barədə İranın nüvə agentliyinin rəsmisi Mohammad Ahmadian xəbər verir.

Reaktor ötən il işə salınsa da minimal güclə işləyirdi.

Bu stansiya Rusiyanın iştirakı ilə tikilib.

Qərb hesab edir ki, İran nüvə proqramından silah istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT İranın nüvə proqramına görə ona qarşı bir sıra sanksiyalar tətbiq edib.
XS
SM
MD
LG