Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

Pakistanda 7 şiə müsəlmanı öldürülüb


Pakistanın Bəlucistan əyalətində 7 şiə müsəlmanı öldürülüb.

Polisin məlumatına görə 2 motosikletdə olan 4 yaraqlı avtobusu saxladaraq meyvə-tərəvəz satan 5 nəfəri güllələyiblər.

Bundan bir az sonra isə elə həmin rayonda yenə də motosikletdə olan 2 yaraqlı 2 şiə müsəlmanını güllələyib.

Həmçinin cümə axşamı Kvetta şəhərində sesiyadan qayıdan hakim güllələnib.

Son vaxtlar Bəlucistan əyalətində şiələrə qarşı zorakılıq aktlarının artdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG