Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36

Krasnodarda kazak qrupları dolaşır


Krasnodarda bu gündən kazak drujinaları fəaliyyət göstərir.

1000 nəfərdən çox üzvü olan drujinanı yaratmaqda məqsəd cinayətkar dəstələr, sərxoşlar,əvvəllər mühakimə olunmuş şəxslər və qanunsuz miqrantlara qarşı mübarizədə polisə kömək etməkdir.

Kazaklar öz atamanlarına, xidmət vaxtı isə Daxili İşlər İdarəsinə tabedirlər və
onlara maaş verilir.

Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçev bunun səbəbini Kubandakı çətin kriminal vəziyyət və polisin azlığı ilə izah edir.

Onun diyarda həddən artıq gələmər olması deməsi İctimai palatada tənqidlə qarşılanıb.

Palata üzvləri buna millətlərarası ədavəti qızışdırmağın işarəsi kimi baxırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG