Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Yerevan Mİnsk qrupuna həmsədrlik edən ölkələrə məktub göndərir


“Yerevan Azərbaycan zabiti Ramin Səfərovun azad edilməsinə etiraz olaraq Azərbaycan-Ermənistan münaqişəsilə bağlı ATƏT-in Mİnsk qrupuna həmsədrlik edən ölkələrə məktub göndərəcək.”

Bunu Ermənistan prezidenti Serzh Sarkisian deyib.

Ermənistan bundan əvvəl həmçinin Macarıstanla bütün diplomatik əlaqələri kəsib.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 31-də Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

Ramil Səfərov 2004-cü ildə Budapeştdə hərbi kurs zamanı erməni zabiti qətlə yetirdiyinə görə, orda ömürlük azadlıqdan məhrum edilmişdi.

Macarıstan deyir ki, Ramil Səfərovun cəzasının qalan hissəsini Azərbaycanda çəkəcəyi barədə təminat alandan sonra onu Bakıya təhvil verib.
XS
SM
MD
LG