Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16
-
Müdafiə naziri Səfər Əbiyev Macarıstandan ekstradisiya olunaraq Bakıya qayıdan baş leytenant Ramil Səfərovu təltif edib.

Bu barədə Müdafiə Nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, sentyabrın 1-də Müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edib. Azərbaycana dönməsi və prezident tərəfindən əfv olunması münasibəti ilə Səfərovu təbrik edib.

Səfər Əbiyev İlham Əliyevin atdığı bu addımı Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndirib.

Ramil Səfərovu mayor rütbəsi ilə təltif edən Əbiyev ona gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.

Ramil Səfərova Müdafiə Nazirliyi tərəfindən ev verilib. Həmçinin, onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı da təqdim edilib.

Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən erməni zabitini qətlə yetirib.

Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.

Avqustun 31-də Prezident İlham Əliyev Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

Şərhləri göstər

XS
SM
MD
LG