Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:01
-
Sentyabrın 1-dən Azərbaycan vətəndaşları İrana əvvəlki qaydada vizasız gedib-gələ bilərlər.

Bu barədə AzadlıqRadiosuna İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Lütvəli Əzimzadə verib. Onun dediyinə görə, Azərbaycan vətəndaşları əvvəlki kimi 15 gün müddətinə İrana vizasız gedə bilərlər.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan vətəndaşlarına İrana səfər etmələri üçün viza rejimi tətbiq olunmuşdu.

İran 2010-cu ilin fevralından Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib.

AzadlıqRadiosunun Astaradakı müxbirinin verdiyi məlumata görə isə, Astara Gömrük məntəqəsindən vizası olmayan vətəndaşlar İrana buraxılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG