Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

İran BMT-nin nüvə hesabatını rədd edir



Tehran özünün nüvə fəaliyyətini intensivləşdirməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatını rədd edib. İran parlamentinin üzvü bugünlər Tehranda Qoşulmayanlar Hərəkatının toplantısı gedən günlərdə yayılan hesabatı yalnız siyasi mülahizələrlə ortaya atılmış iddialar adlandırıb.

İranın Xarici İşlər naziri Ali Akbar Salehi də İranın Parçin hərbi zavodunda nüvə araşdırmaları aparılması və ora BMT müfəttişlərinin buraxılmaması barədə hesabatda yazılanları inkar edib.

Sənəddə həmçinin iddia olunur ki, İran Fordov zavodunda da nüvə fəaliyyətini sürətləndirir.

Qərb ölkələri İranın nüvə proqramının silah yaradılmasına yönəldiyini deyirlər, Tehran isə həmin proqramının yalnız dinc məqsədlər daşıdığında inkar edir. Amma İran özünün nüvə obyektlərinə beynəlxalq müşahidəçilərin baş çəkmələrinə də imkan vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG