Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:54
Tacikistanın Kulob əyalətində 100-ə yaxın qəfil qaşınma, dəridədəki yaralar və ağırlaşmış allergiya halları ilə bağlı xəstəxanalara müraciət ediblər.

Kolab xəstəxanasının həkimləri şikayətlər artandan sonra xəstəliyin səbəblərini araşdırmağa başlayıblar. Və yekunda günahkarın Hicab olduğunu tapıblar.

GÜNAHKAR SİNTETİK "ÇİN MALI" HİCABDIR

Dəri xəstəlikləri xəstəxanasının Baş həkimi Alikhon Murodov deyir ki, “Araşdırma göstərdi ki, dəridəki bu problemlərə sintetik parça səbəb olub. Əksər hallarda qaşınma və qızartılar sonradan yaralara çevrilib. Odur ki, qəti şəkildə xəstələrə tövsiyə edirik ki, sintetik parçalardan uzaq dursunlar”.

Məsələ burdadır ki, Kulob əyaləti Tacikistanın ən isti yerlərindəndir. Bu yay bəzi günlərdə burada temperatur 40 dərəcəni də keçib.

Üstəlik, bu əyalətin qadınları arasında hicab taxanlar da çoxdur.


NİYƏ ÇİNDƏN GƏLƏN HİCAB POPULYARDIR?

Madina Cabbarova kimi hicab taxan qadınlar deyirlər ki, qiymətləri ucuz olduğu üçün onlar Çİndən gətirilən hicablara üstünlük verirlər. Onlar isə sintetik materiallardan tikilir. Nəfəs almayan sintetik parçalar istinin də təsirindən bədənə yaxın olduğu və bağlandığı yerlərdə, boyunda və sinədə dəriyə ziyan verir.

Cabborova deyir ki, isti günlərdə çox tərləyəndə artıq lap dözülməz olurdu. Amma bunun sintetik hicabdan olduğu ağlına da gəlməyib. Vaxtında həkimə müraciət etmədiyi üçün Cabborova bütün bədənini örtən ağır dəri xəstəliyi ilə xəstəxanaya çatdırılıb.

Kulobun mərkəzi bazarında hicab satan Rahima Qayyumova deyir ki, həkimlərin sintetik parçalardan uzaq durma məsləhətinə baxmayaraq, Çİndən gətirilən hicab dəstləri hələ də ən çox satılanlardır. Çünki, içində baş örtüyü, uzun paltar və şalvar olan dəstin qiyməti cəmi 20 dollardır.


PAMBIQ VƏ İPƏK HİCAB HƏR CİBƏ GÖRƏ DEYİL

Həkimlər isə pambıq, ipək və ya başqa təbii materiallardan hazırlanan geyimləri tövsiyə edir. Qayyumova deyir ki, pambıq və ya ipək hicab dəstlərini Türkiyədən gətirirlər, qiyməti isə 100 dollar həndəvərində olur. Odur ki, heç özləri də satılmadığından çox gətirmirlər ki, malları əllərində qalmasın.

Qayumova hicab satsa da, özü geyinmir. Deyir ki, bu havalar üçün adi geyim daha məqsədəuyğundur: Dizi örtən, qısaqol don və saçlarını örtən yaylıq.


"GÜNAH HİCABDA YOX, GİGİYENAYA ƏMƏL ETMƏYƏNLƏRDƏDİR"

Ancaq elə bazarda olan Munavara adlı qadın dəri infeksiyasına görə hicabı ittiham edənlərlə razılaşmır. Özü də hicab taxan Munavara deyir ki, neçə ildir ki, Çin malı olan hicab geyir, amma heç vaxt qaşınma və allergiya ilə üzləşməyib. Onun sözlərinə görə, hicabdan qaşındığını iddia edənlər şəxsi gigiyena qaydalarına əməl etməyənlər, yuyunmayanlardır.


TƏBİİ PARÇADAN UCUZ HİCAB

Üstəlik MUnavara deyir ki, pambıq və ipək hicab geyinmək istəyənlər bunu ucuz qiymətə də əldə edə bilərlər. Sadəcə özləri parka alsınlar və dərziyə gedib-tikdirsinlər.

Tacikistanda hicab dövlət müəssisələri və məktəblərdə qadağan olunsa da əksəriyyəti müsəlman olan ölkə sakinləri arasında dini geyimi seçənlərin sayı sürətlə artır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG