Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:29

Naxçıvanın uğuru: «Koroğlu» operası


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq Qapısı 6 iyun 2012

Sayı: 104(20.509)

MUXTAR RESPUBLİKADA 21 MİN 720 HEKTAR SAHƏDƏ ƏKİN APARILIB
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci ilin 17 sentyabr tarixli Sərəncamla təsdiq etdiyi «2008 – 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər içərisində müxtəlif əkinçilik sahələrinin inkişafı diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə. Bu günədək muxtar respublikada 21 min 764 hektar sahədə şum, 21 min 720 hektar sahədə yazlıq əkin aparılıb. Regionun torpaq mülkiyyətçiləri bol taxıl məhsuluna nail olmaq üçün payızlıq əkinlə kifayətlənməyib, 3219 hektar sahəyə toxum səpiblər.... Cari ildə 5532,3 hektar sahədə tərəvəz əkini keçirilib. Bostan məhsulları istehsalı ilə məşğul olanlar isə 2597,5 hektar sahədə əkin aparıblar.
NAXÇIVAN MƏDƏNİYYƏTİNİN UĞURU: «KOROĞLU» OPERASI
...Operada Samir İsmayılov da maraqla qarşılanan bir obraz yaratdı. Bu, təlxək yolu idi. Səhnədə az görünməsinə baxmayaraq, S. İsmayılov rolunu təbii cizgilərlə tamaşaçılara çatdıra bildi. Əli Davudi isə, qəzəbli, zülmkar, özündən razı, hökmran obrazını – Həsən xanı ustalıqla yaratdı. O, obrazın mənəvi aləminə tam nüfuz edərək onun bütün mənfi keyfiyyətlərini ustalıqla açmağa müvəffəq oldu. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Elçin Nağıyevin yaratdığı Həmzə bəy rolu haqqında da bu sözləri demək olar.
...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dediyi kimi: “ Mədəniyyətin inkişaf etməsi üçün ölkədə iqtisadi inkişaf və sabitlik olmalıdır. Bu gün ölkəmizin iqtisadiyyatı ilə yanaşı, mədəniyyəti də sürətlə inkişaf edir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin müstəqil ölkəmizdə uğurla davam və inkişaf etdirilməsinin bəhrələridir. Bu gün muxtar respublikamızda da mədəniyyətin inkişafına xüsusi qayğı göstərilir. Bunun nəticəsidir ki, Naxçıvan teatrında klassik Azərbaycan operaları tamaşaya qoyulur, peşəkar ifaçılar yetişir.”
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Tender elanı
- Hüquqi maarifləndirmə günün tələbidir
- İcra hakimiyyəti üçün yeni bina tikilir
XS
SM
MD
LG