Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:10

Keçmiş prezident Askar Akaev səhvlərinə görə xalqdan üzr istəyir



Qırğızıstanın keçmiş prezidenti Askar Akaev prezident vəzifəsində çalışdığı illərdə iqtisadi, siyasi sahələrdə buraxdığı səhvlərə görə ölkəsindən üzr istədiyini bildirir. Avqustun 31-i Qırğızıstanın Müstəqillik Günü kimi qeyd edilir. Bayram ərəfəsində AzdlıqRadiosunun qırğız xidmətinə müsahibəsində Askar Akaev xalqda səhvlərinə görə üzr istədiyini deyib.

Askar Akaev 2005-ci ilin martında ölkəni bürüyən etiraz aksiyalarına tab gətirməyərək vəzifəsini tərk edib və o zamandan Moskvada yaşayır.

Akaev bildirir ki, onun əsas səhvi də Kurmanbek Bakiyevi Baş nazir vəzifəsinə gətirmək olub. Sonradan etirazlara rəhbərlik edən Bakiyev Akaevi əvəz etmişdi. Bakiyevin özü də 2010-cu ildə baş vermiş kütləvi etiraz aksiyaları ilə vəzifəsindən qovulub, hazırda Belorusda yaşayır. Bakiyev etiraz aksiyalarına hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində 100 nəfərin ölümündə günahkar bilinir.
XS
SM
MD
LG