Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

BMT dünya ictimaiyyətini Suriyaya humanitar yardımları təcili artırmağa çağırır


-


BMT Baş katibinin müavini Jan Eliasson bildirib ki, bu ilin iyulunda Suriyadan olan 820 000 qaçqına ərzaq paylayıb. Amma ilin əvvəlində - aprel ayında ərzağa ehtiyacı olan Suriya qaçqınlarının sayı 250 000 nəfər idi.

Eliasson bildirib ki, Suriyanın özünün daxilində qaçqınlar üçün təhlükəsizlik zonası yaradılması haqqında Türkiyənin verdiyi təklif çox diqqətlə öyrənilməlidir.

Bu barədə BMT Baş katibinin müavini avqustun 30-da BMT Təhlükəsizlik Şurasında toplantı zamanı çıxışında bildirib.

Suriyada son 17 ayda prezident Bashar al-Assad rejiminin istefasını tələb edən müxalifətlə hökumət qüvvələri arasında toqquşmalarda insan haqları fəalları 20 mindən çox adamın həlak olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG