Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

Pakistanda ekstremist qrupun lideri həbs edilib


Avqustun 30-da Pakistan polisi deyir ki, qadağan olunmuş sünni ekstremist qruplaşmasının rəhbəri həbs edilib.

“Ləşkəri Cəngvi” qruplaşmasının rəhbəri Malik İshaq məzhəb nifrətinə və ədavətə təhriketmə və 2009-cu ildə Şri Lankanın bir kriket komandasına hücum planlamaqda günahlandırılır.

Polis İshaqın Səudiyyə Ərəbistanından həcdən qayıtdıqdan sonra Lahorda həbs edildiyini açıqlayıb.

Əl-Qaidəyə bağlantılarının olduğu iddia edilən “Ləşkəri Cəngvi” 1990-cı illərin əvvəllərində ortaya çıxmasında sonra yüzlərlə şiə müsəlmanların öldürülməsində günahlandırılır.

Bundan başqa, ABŞ Pakistan islam qruplaşması “Ləşkər-ə-tayba” ilə (“Möminlər legionu”) əlaqəli olan 8 döyüşçü üzərinə sanksiya tətbiq edib. Bu qruplaşma 2008-ci ildə Mumbai şəhərində baş verən terror aktında günahlandırılır. Həmin terror zamanı 166 nəfər həlak olub, onlardan 6-sı Amerika vətəndaşı idi.
XS
SM
MD
LG