Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:15

Berezovski və Abramoviçin işi üzrə qərar gözlənilir


Avqustun 31-də London Ali Məhkəməsində Boris Berezovskinin Roman Abramoviçə qarşı iddiası ilə bağlı qərar çıxarılacaq.

Məşhur biznesmen Berezovski İngiltərənin Çelsi futbol klubunun sahibkarı, Rusiyalı oliqarx Roman Abramoviçi qanunsuz biznes hərəkətlərində ittiham edib.

Berezovski bildirir ki, Abramoviç onu hədələyərək Rusiyanın Sibneft şirkətindəki payını bazar qiymətlərindən xeyli aşağı qiymətə satmağa məcbur edib.

İddiaçı təzminat kimi 4,8 milyard dollar gözləyir. Abramoviç isə bu iddiaları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG