Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:54

Parlament saatı. Aqil Abbasla… [Video]


Parlament saatı. Aqil Abbasla…
Gözlə

No media source currently available

0:00 0:52:57 0:00
Direct-ə keçid

«Sökülən evlərin yerində dövlət əhəmiyyətli obyekt əvəzinə dükanlar tikilsə, onları şəxsən özüm sökəcəyəm».

-
Avqustun 30-da «İşdən sonra» proqramında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aqil Abbas suallara cavab verib.

Parlamentin fəaliyyətini qiymətləndirən deputat deyib ki, Milli Məclis lazım olan qanunları qəbul edib. Amma onların hansı işlək vəziyyətdədir, hansı yox, bu, başqa məsələdir.

Aqil Abbas bildirib ki, o, hazırkı dönəmdə diffamasiya haqqında qanunun qəbul olunmasının əleyhinədir. Deputat jurnalistləri daha məsuliyyətli olmağa çağırıb:

«Mən jurnalistin tutulmasını istəmirəm. Ancaq jurnalist də bilməlidir ki, nə yazır».

Deputat özünün təsisçisi olduğu «Ədalət» qəzetini məhkəməyə verdiyini də etiraf edib:

«Mən «Ədalət» qəzetini özüm məhkəməyə verdirmişəm və cərimə ödəmişəm».

Orduda baş verən ölüm halları haqqında KİV-də danışmaq istəmədiyini deyən Aqil Abbasın fikrincə, 20 ilin ordusundan 200 ilin ordusunu tələb etmək düzgün deyil.

Övladlarını Bakıdakı hərbi hissələrə saldıran və yaxud ordudan saxlatdıran məmurlar haqqında danışan deputat bildirib ki, ağlı olan məmur övladını ordudan saxlatdırmaz:

«Mənim oğlum və yaxud mənim bacı-qardaşlarımın oğulları heç biri Bakıdakı hərbi hissələrdə xidmət etməyib».

Deputat Bakıdakı söküntü işlərinə də münasibət bildirib. O deyib ki, evlər dövlət ehtiyacları üçün sökülür:

«Kompensasiya ödənilmirsə, bu, düzgün deyil. Amma 1500 manat bazar qiymətinə uyğundur. Həmin sökülən evlərin yerində dövlət əhəmiyyətli obyekt əvəzinə dükanlar tikilsə, onları şəxsən özüm sökəcəyəm».

Verilişi tam olaraq buradan dinlə:

XS
SM
MD
LG