Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:56

«Kimsə yay tətilini Antalyaya gedir, mənsə Somaliyə getdim» - VİDEO


Qənirə Paşayeva Somali səfərindən danışır
Gözlə

No media source currently available

0:00 0:55:10 0:00
Direct-ə keçid

Qənirə Paşayeva Somali səfərindən danışır

​-
Deputat Qənirə Paşayevanın Somali, İran səfərləri barədə «Facebook» dostları məlumatlıdırlar, çünki deputat sosial şəbəkədə öz səfərləri barədə ətraflı yazır.
Millət vəkili AzadlıqFM-in və ona gələn suallara cavab verib.
- Somaliyə getdiz, orda çəkdirdiyiniz şəkilləri paylaşdız. Amma Somali səfəriniz «Facebook»da birmənalı qarşılanmadı.
- Hər mövzu ilə bağlı tənqidlərə açıq adamam. Haqlı tənqidləri də normal qəbul edirəm. Haqsız tənqidlər olan zaman isə onlara cavab verməyi özümə borc bilirəm ki, məsələ aydınlaşsın. Somali məsələsində tənqidlərin içində haqlı saydığım olsaydı, qəbul edərdim.
- Tənqidlər əsasən iki arqumentə köklənmişdi. Biri o idi ki, siz Somali səfərinizlə özünüzü reklam edirsiz, ikincisi isə bu idi ki, Azərbaycanda baş verən haqsızlıqlara reaksiya vermirsiz, amma Somaliyə gedirsiz.
- Mən tənqidi edənlərin də kimliyinə baxıram. Bu tənqidi edənlər o adamlardı ki, Qənirə Paşayevə nə edir etsin, yaxşı, ya nə, hər şeyi qara görürlər. O adamların səhifəsinə baxın, onların mənəviyyat ölçülərinə baxın, bu millət üçün, bu ölkə üçün bir şey etməyən adamlardır. Düşünürəm ki, o adamlar tənqid edə bilər ki, sizin qədər nəsə etməyə çalışmış olsun. Etmiş demirəm hələ, çalışmış olsun. Reklama gəlincə, doğrudanmı o adamlar mənim Somali ilə reklama ehtiyacım olduğunu düşünürlər. Mən o mənəviyyatın yiyəsi deyiləm ki, Somali kimi bir fəlakətdən özümə reklam düzəldim. Bir də kimlərsə Antalyaya, Bodruma istirahətə gedir, mən heç o adamlara deyirəmmi ki, niyə gedib orda istirahət edirsiz. Mənim də tətilimi istədiyim yerdə keçirmək haqqım var. Əgər mən Qəbələdə, Şəkidə, Antalyada istirahət etməyib, Somaliyə gedirəmsə, bu adamları narahat edən nədir?

TAM OLARAQ BURDA DİNLƏ:
XS
SM
MD
LG