Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

Çin avrozonaya yardım etməyə hazır olduğöunu deyir


Çin avrozonadakı maliyyə böhranından çıxmaq üçün Avropaya yardım etməyə hazır olduğunu bəyan edibş

DPA agentliyinin məlumatına görə, Çin prezidenti Hu Jintao Pekində Almaniyanın kansleri
Angela Merkellə görüşdə ölkəsinin Avropa Birliyinin dövlət istiqrazlarına böyük sərmayyə qoymağa hazır olduğunu bildirib.

O qeyd edib ki, Çin hökuməti Avropa ölkələrinə dəstək tədbirlərini müəyən etmək üçün
Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu ilə müzakirələri genişləndirəcək.

Angela Merkelin Çinə səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq barədə 12 razılaşma imzalanıb.

Bundan başqa Almaniyanın Çinə yeni tipli 50 “Airbus” satması barədə müqavilə imzalanəb.

Müqavilənin qiyməti 4 milyard dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG