Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:21

«Texnikabank»ın sabiq əməkdaşlarının həbs müddəti uzadılıb


Avqustun 30-da Səbayel rayon məhkəməsi «Texnikabank»ın sabiq əməkdaşlarının həbs müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Bu barədə AzadlıqRadiosuna bankın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə istintaq orqanının vəsatəti əsasında belə bir qərar qəbul etdiyini deyir. Əsabəli Mustafayev müddətin uzadılmasına heç bir əsas olmadığını bildirir:

«6 aydır müdafiə etdiyim şəxs Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Ağır xəstəlikdən əziyyət çəkir və bu vaxta qədər də ona qarşı irəli sürülən ittihamlarla bağlı da heç bir şey üzə çıxmayıb. İndi yenidən həbs müddətinin daha 3 ay uzadılması başa düşülən deyil, bu, ədalətsiz bir qərardır».

Vəkilin sözlərinə görə, qərar «Texnikabank»ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev və bankın Yasamal rayon filialının sabiq müdir müavini Elnur Seyidovla yanaşı digər 3 əməkdaşa da şamil edilib.

Bu ilin martında həbs edilən «Texnikabank» əməkdaşları Cinayət Məcəlləsinin dələduzluq maddələri ilə ittiham olunurlar.

İttiham təsdiqlənərsə həmin şəxslər əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
XS
SM
MD
LG