Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

Khamenei nüvə proqramından dönməyəcəklərini deyib


Tehranda Qoşulmama hərəkatının sammiti başlanıb.

Sammitdə iri hərbi və siyasi bloklara qoşulmayan 30-dan çox ölkənin lideri iştirak edir.
BMT-nin baş katibi Ban Kİ Moon da sammitə qatılıb.

O sammitdə çıxış edərkən İran liderlərinin İsrailə qarşı aqressiv çıxışlarını pisləyib.

Ban Ki Moon həmçinin İranı onun nüvə proqramı ilə bağlı BMT-nin qəbul etdiyi bütün qətnamələri yerinə yetirməyə çağırıb.

Suriyadakı vəziyyətə gəldikdə isə BMT-nin baş katibi deyib ki, ölkə vətəndaş müharibəsi təhlükəsilə üzləşib.

İranın ali dini lideri Ayatollah Ali Khamenei isə ölkəsinin nüvə silahı üzərində işləmədiyini və dinc nüvə proqramından dönmək fikrində olmadığını deyib.

Qoşulmama hərəkatına 120 ölkə daxildir.

Sammitdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG