Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:05

Tarixdə bu gün - 30 avqust


Tarixdə 30 avqustda ən əlamətdar hadisələrdən biri 1918-ci il 30 avqustda 28 yaşlı Fanny Kaplanın Lenini güllə ilə vurub, ciddi yaralaması oldu.
Bundan sonra Qırmızı Terror başlandı.

30 avqust Türkiyədə Zəfər bayramıdır. Türkiyə 1922-ci il avqustun 30-da müstəqillik müharibəsində Dumlupinarda son qələbəsini qazandı və müstəqilliyini qoruyub saxladı.

Tarixdə bu gündə digər əhəmiyyətli və maraqlı hadisələr:

1835-ci il – Avstraliyanın Melburn şəhərinin əsası qoyulub.

1963-cü il- İlk dəfə olaraq ABŞ və SSRİ liderləri arasında sutkada 24 saat işləyən qaynar xətt yaradılıb

1989-cu il- Amerikalı milyarder Leona Helmsley vergidən yayınma kimi ittihamlarla 16 il həbs cəzası aldı.

O tarixdə bir sitatla yadda qalıb. O deyib ki, “Biz vergi vermirik, vergini yalnız balaca adamlar verir”.

1993-cü il
- Eyfel qüvvələsinə 150 milyonuncu tamaşaçı qalxıb

1994-cü il- İBM Microsoft şirkətinin öz “Windows” proqramını ticarət nişanı kimi qeyddiyyata aldırmasının əleyhinə çıxmayacağını bildirdi.
Bununla da Microsoftun nəhəng yüksəlişi başlandı.

2001-ci il- Almaniyanın Frankfurt şəhərində avro ilk dəfə mediaya təqdim olunub. Yarım il sonra avro dövriyyəyə buraxıldı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG