Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Abdullah Gül Twitterdə xalqını təbrik edib


Türkiyə prezidenti Abdullah Gül xəstəxana palatasından xalqın Zəfər Bayramını təbrik edib.

O, Twitter sosial şəbəkəsindəki hesabında yazıb:

"Hər kəsə salam. Bu gün 30 avqust Zəfər Bayramıdır. Bütün vətəndaşlarımın 30 Avqust Zəfər Bayramını təbrik edirəm. Çox istəsəm də, həkimlərin tövsiyəsi üzündən mərasimlərə qatıla bilmirəm. Hacəttəpə Universitet xəstəxanasındakı müalicəm davam edir. Daha bir neçə gün burda qalacam. Sağ olsun, bütün heyət əlindən gələn hər şeyi edir. Çox şükür, səhhətim yaxşılaşır".

Prezident Twitterdə bildirir ki, hər yerdən sevgi və səmimiyyət dolu mesajlar alır.

O, xəstəxanada vaxtını boş keçirmədiyini, işinə davam etdiyini, hesabatlar və kitablar oxuduğunu söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG