Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:50

Xarici İşlər nazirləri Suriyanın müzakirəsinə yığışır


Avqustun 30-da BMT Təhlükəsizlik Şurası üzv dövlətlərinin xarici işlər nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcək.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu deyib ki, o, Suriyada zorakılıqla üzləşən minlərlə insanın təhlükəsizliyi üçün ölçü götürülməsi məsələsini qaldıracaq.
80 minə yaxın Suriya qaçqını Türkiyədə sığınacaq tapıb.
Rusiya və Çin dəfələrlə Suriyaya qarşı sərt addımların atılmasının əleyhinə çıxıb.

Misirin prezidenti Muhammad Morsi isə İranda keçirilən sammitdə Suriya rejimini "repressiv" adlandırıb. O, ölkəni demokratiyaya sülh yolu ilə keçid olunmasına çağırıb.

Al-Jazeera televiziyası məlumat verir ki, onun çıxışı zamanı Suriya nümayəndə heyəti zalı tərk edib.
XS
SM
MD
LG