Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə ərazisində yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatı üzrə tədbirlər davam etdirilir və prosesin yaxın aylarda tamamlanması nəzərdə tutulur.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Xəbərdə deyilir ki, dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 6308 abidə yer alıb. Bunlardan 699-u Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşir.

2006-cı ildən başlayan yeni aşkar olunmuş abidələrin qeydiyyatı prosesində 1725 obyekt dövlət qeydiyyatına alınıb. Onlarda ilkin mühafizə tədbirləri gücləndirilib.

Bunlar əsasən arxeoloji tədqiqatlar zamanı aşkar edilən, müasir dövrdə tikilən və memarlıq üslubuna, plan həllinə görə fərqlənən, əvvəlki qeydiyyat zamanı nəzərə alınmayan obyektlərdən ibarətdir.

Xəbərdə vurğulanır ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən toplanan materiallar, həmçinin yeni aşkar olunan obyektlərin siyahısı baxılması və müvafiq əhəmiyyət dərəcəsinin müəyyən olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarına təqdim ediləcək.

Müvafiq rəylər alındıqdan və abidələrin ümumi inventarlaşdırılması aparıldıqdan sonra tarix və mədəniyyət abidələrinin yeni dövlət siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG