Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:06
Avqustun 21-24-də Serbiyanın Zlatibor şəhərində Beynəlxalq İdman Kinosu Festivalı keçirilib.

14 ölkədən 25 ekran əsərinin nümayiş edildiyi festivalda Azərbaycan «Top həm düşər, həm qalxar» sənədli filmi ilə təmsil olunub və film festivalın birinci mükafatına layiq görülüb.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

«Salnamə» sənədli filmlər studiyasında rejissor Арzu Urşanın çəkdiyi bu film son bir neçə ay ərzində İtaliya, Rusiya və Türkiyədə keçirilən beynəlxalq kino müsabiqələrinin baş mükafatlarını qazanıb.

Azərbaycan futbolunun tarixindən bəhs edən filmin ilin sonunadək bir neçə festivalda da iştirakı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG