Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 14:39

Məşhur cizgi filminə Azərbaycanda qadağa qoyulmayacaq


«Nu poqodi» cizgi filmindən fraqment
«Nu poqodi» cizgi filmindən fraqment
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Rusiyada keçmiş SSRİ istehsalı olan məşhur «Nu poqodi» cizgi filminin gündüz saatlarında telekanallarda yayımlanmasına qoyulan qadağaya münasibət bildirib.

Nazirliyin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov avqustun 30-da Trend-ə açıqlamasında bu cizgi filminin uşaqlara zərərli vərdişlər aşılamadığı fikrində olduğunu deyib.

Onun sözlərinə görə, azərbaycanlı uşaqlar bu cizgi filminə həmişə sevə-sevə baxıblar və baxmaqda davam edəcəklər.

Şeyxov bu cizgi filminin yayımı ilə bağlı hər hansı qadağa və ya məhdudiyyət qoyulmasının nazirliyin səlahiyyətinə aid olmadığını söyləyib.

Nazirlik rəsmisi Azərbaycan cizgi filmlərinin istehsalı zamanı orada zərərli vərdişləri aşılayan məqamların olmamasına diqqət yetirdiklərini də söyləyib. Amma o, bəzən cizgi filmlərində zor tətbiq edən məqamların olmasını da lazımlı bilib.

«BİZİM CİZGİ FİLMLƏRİNDƏ SİQARET ÇƏKİLƏN PERSONAJ ÇƏTİN TAPILAR»

«Cizgi filmlərində uşaqların inkişafına pis təsir göstərən məqamların olmaması mütləq nəzərə alınır. Bizim cizgi filmlərində siqaret çəkilən personaj çətin tapılar. Cizgi filmlərində zor tətbiq etməyən məqamların verilməməsi isə mümkün deyil. Hansı nağılda zor tətbiq olunmayan məqamlar var? Onsuz keçinmək mümkün olmur. Hansısa şər və xeyir qüvvələrin toqquşması zamanı bu və ya digər şəkildə zor tətbiq edilir. Bu, normaldır və bunu uşaq görməlidir. Hansısa qüvvələr zora qarşı müqavimət göstərib onu dəf edirsə, cəzalandırırsa, bunu normal hesab edirəm», - Şeyxov əlavə edib.

Rusiyada uşaqların sağlamlığı və inkişafı üçün zərərli sayıldığından «Nu poqodi» cizgi filmi sentyabrın 1-dən telekanallarda yalnız gecə nümayiş olunacaq. Hesab edilir ki, bu cizgi filmində canavarın siqaret çəkməsi, dovşanı incitməsi uşaqların inkişafına pis təsir göstərə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG