Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:24

Iranda Qoşulmayanlar Hərəkatının sammiti başlayır


Avqustun 30-da İranda Qoşulmayanlar Hərəkatının iki günlük sammiti işə başlayıb.
Tehranda keçirilən sammitdə Suriyadakı münaqişənin həlli, insan haqları və nüvə məsələləri ilə bağlı müzakirələr olacaq.

Misir prezidenti Mohamed Morsi artıq Tehrandadır. Misir rəhbəri 1979-cu il İran inqilabından sonra ilk dəfədir ki, bu ölkəyə gəlir.

Sammit iştirakçıları arasında Əfqanıstan, Pakistan prezidentləri, o cümlədən BMT-nin baş katibi Ban Ki Moon da var.

Sammit təşkilatçıları 36 ölkə liderinin tədbirə qatılacağını deyir.
120 üzvü olan Qoşulmayan Hərəkatı Soyuq Müharibə dövründə yaradılıb.
XS
SM
MD
LG