Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:21

Bir ayda xərclənən 4 milyard manat, körpüləri yandıran Müsavat başqanı və ...


Mətbuat icmalı

Mətbuat icmalı

-

BİR AYDA BÜDCƏDƏN 4 MİLYARD MANAT SİLİNİB?


«Bizim yol» «Büdcə oğurluğu ilə bağlı şok faktlar»dan yazır. Milli Büdcə Qrupunun 2011-ci il dövlət büdcəsinin icrasına dair hesabatına istinad edən qəzetə görə, «yalnız dekabr ayında büdcədən 4 milyard manat silinib».

Yazıda Nazirlər Kabinetinin il ərzində 38 dəfə investisiya ilə əlaqəli sərəncamlara dəyişiklik edib: «2011-ci il üçün dövlət büdcəsi təsdiq olunarkən ilk əvvəl 503 layihə üçün 3 milyard 380 milyon manat vəsait proqnozlaşdırılsa da, il ərzində büdcəyə edilən dəyişikliklər nəticəsində 830 layihənin icrası üçün 5 milyard 863,7 milyon manat vəsait xərclənib».

Bundan başqa qəzet təhsil və səhiyyəyə ayrılan pulların da tam xərclənmədiyini yazır. Yazıda qeyd olunur ki, 1,3 milyard manatın hara yönəldildiyi gizlədilir.

İP-DƏ HƏRBİ DOKTRİNA MƏSƏLƏSİ

«Azadlıq» qəzeti yazır ki, «İctimai Palata (İP) Hərbi Doktrina hazırlayır». Qəzetin yazdığına görə, İP-də müzakirələr zamanı qeyd edilib ki, mövcud Hərbi Doktrina ordunun qarşısındakı vəzifələri müəyyənləşdirmir.

İSA QƏMBƏR KÖRPÜLƏRİ YANDIRDI

«Azərbaycan» qəzeti müxalifət arasında zahiri birliyin əsl mahiyyətinin görünməyə başladığını yazır. Qəzetə görə, yenə də aranı müxalifətin vahid namizəd məsələsi qarışdırıb.

«İlk addımı isə İsa Qəmbər atdı. «AzadlıqRadiosunun canlı efirində «2013-cü il prezident seçkilərində iştirak etmək niyyətindəyəm. Mənə səs verəcək insanların ümidlərini doğruldacam» deyən İsa Qəmbər körpüləri yandırdı».

İBTİDAİ İNSANLARIN «EVİ» TAPILIB

«Exo» qəzeti Azərbaycanın Qax rayonu ərazisində ilk insan məskəni hesab edilən mağara tapıldığını yazır. Mağaranı Milli Elmlər Akademiyasının tarix və etnoqrafiya institutunun ekspedisiya qrupu tapıb. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə olan mağara və digər sığınacaqlarda ibtidai insanların yaşadığı ehtimal edilir.

AZƏRBAYCANIN ŞİMALINDA NƏ BAŞ VERİR?

«Yeni Müsavat» Dağıstan-Azərbaycan hüdudlarında şübhəli hadisələrin olduğunu yazır. «Rusiyadan Gürcüstana keçən xüsusi təyinatlı qrupun axtarışı gedir, Mahaçqalada nüfuzlu imamı öldürdülər, Azərbaycanla sərhəddəki zastavada isə Əliyev familiyalı əsgər 9 rus hərbçisini güllələdi».

Qəzet baş verənləri Azərbaycanın şimal sərhədlərində təhlükəli proseslərin başlaması kimi yozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG