Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:47

Belarus müxalifəti MSK sədrini istirahətə göndərməyə çağırıb


Belarusun Birləşmiş vətəndaş partiyası prezident Aleksandr Lukaşenkoya açıq məktubunda deputatlığa namizədlərin çıxışlarına senzuranı ləğv etməyə və Mərkəzi Seçki
Komissiyasının sədrini Lidia Ermoşinanı “layiqli istirahət”ə göndərməyə çağırırb.

Buna səbəb parlament seçkisini baykota çağıran reklamların qadağan edilməsi olub.

Bu reklamları partiya siyahısından olan namizədlər hazırlayıbmış.

Belarusda növbəti parlament seçkisi sentyabrın 23-də keçiriləcək.
XS
SM
MD
LG