Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Ilham Əliyev Fransa prezidentindən çox maaş alır [Statistika]


Arxiv foto
Arxiv foto
-

Barack Obama
Barack Obama

ABŞ prezidenti Barack Obama:
İllik maaşı təxminən 312 000 manat

Amerika prezidentinin illik maaşı 400 min dollardır. Bundan başqa ona xərclərinin qarşılanması üçün illik 50 min dollarlıq limit də verilir.

Prezidentin iki iqamətgahı var. Ağ ev və Merilenddəki “Camp David” iqamətgahı.

Bundan başqa, ABŞ prezidentinin xidmətində bir təyyarə və bir helikopter var. Vaxtilə prezidentin xidmətində yaxta da vardı amma Cimmi Karter onu satmağa qərar verdi.


Joachim Gauck
Joachim Gauck

Almaniya prezidenti Joachim Gauck:
İllik maaşı təxminən 199 000 manat.

Almaniya prezidenti ildə 199,999 avro maaş alır.

(Bu, daha çox formal vəzifədir, Almaniyada dövlətə kansler rəhbərlik edir).

Prezidentin əsas iqamətgahı Berlindəki Bellevue sarayıdır.

​Daha bir iqamətgah Bonndadır.



İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev:
İllik maaşı təxminən 180 000 manat.







François Hollande
François Hollande

Fransa prezidenti François Hollande:
İllik maaşı təxminən 160 000 manat.

Hazırkı prezidentin illik maaşı 162,624 avrodur.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin illik məvacibindən (180 min manat) bir qədər azdır.

Bundan əvvəlki Fransa prezidenti N.Sarkozi daha çox qazanırdı.

Onun maaşı 231,972 avro idi.

Prezidentin ofisi və iqamətgahı Parisdəki Elysee Sarayında yerləşir.

Başqa iqamətgahlar: Fransanın cənubundakı Fort de Bregançon (məzuniyyət üçün), Rambouillet qəsri və rəsmi görüşlər üçün Domaine National de Marly.


Giorgio Napolitano
Giorgio Napolitano

İtaliya prezidenti Giorgio Napolitano:
İllik maaşı təxminən 230 000 manat.

Prezidentin maaşı 230 000 avrodur. Onun əsas iqamətgahı Romadakı Quirinal Sarayıdır.

Bundan başqa, onun Roma yaxınlığında və Neapolda da iqamətgahları var.




II Elizabeth
II Elizabeth

Britaniya Kraliçası II Elizabeth:
Maaşı yoxdur. Amma xərclərini dövlət ödəyir.

​Britaniya taxt-tacının sahibi maaş almır, amma xərcləri dövlət büdcəsindən qarşılanır. 2011-ci ildə bu xərclər 32 milyon funt-sterlinq təşkil edib.

Buraya kral saraylarının saxlanması, saray işçilərinin maaşları, nəqliyyat xərcləri (o cümlədən kral helikopteri və qatarının xərcləri) də daxildir.

Kral iqamətgahları rəsmi və özəl olur.

Əsas rəsmi iqamətgah Buckingham Sarayıdır. Bundan başqa, bir neçə başqa rəsmi saray və qəsrlər də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG