Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:43

“Fahişələrin adına toyxanalar-restoran, şadlıq evləri...”


-

“Görəsən dünyanın hansı şəhərində Bakıdakı, bütövlükdə Azərbaycandakı qədər qondarma şadlıq evləri və restoran adlarına rast gəlmək olar? Mən təsəvvürümə gətirə bilmirəm”.

Lent.az-ın məlumatına görə, bunu xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı söyləyib.

Sabir Rüstəmxanlı deyib ki, nikah bağlamaq, ailə qurmaq, evlənmək müqəddəs bir işdir və ona kölgə düşməsini, onun adının hallanmasını da heç kim istəmir, yaxud, istəməz.

Hər kəs istəyər ki, pak, təmiz bir yerdə bu izdivac baş tutsun və o, ömürlük yadda qalsın:

“Amma bir baxın, Bakıda nə qədər köhnə, antik fahişələrin adına toyxanalar - restoran, şadlıq evləri var?! “Afrodita”, “Kleopatra”, nə bilim, daha nələr... Bunların bəzilərini də bəzən azərbaycanlı olmayan, bizim dilimizi sevməyən insanlar edirlər, bizim millətimizi təhqir etmək istəyirlər.

Açırlar şadlıq evlərini, restoranları və onlara ya dədə-babalarının adlarını, yaxud da, öz dillərində bir şey uydurub tapmayanda, itin dili olsun, qurdun dili olsun, təki azərbaycanlıların dili olmasın, qoyurlar. Bunların da arxasında Azərbaycana və azərbaycanlılara xroniki nifrəti olan adamlar dayanır.

Görünür, onların içində azərbaycanlılara bir xroniki nifrət var ki, bu eybəcər adları, fahişələrin adlarını bu şadlıq evlərinə, restoranlara “pərçim” edirlər və bizim uşaqlarımız, övladlarımız da məcbur olub gedib orada toy edirlər.

Hesab edirəm ki, bunlar təcili yığışdırılmalı, bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG