Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57

İspaniya şirkəti təyyarəsinin qaçırıldığını təkzib edib


Amsterdam hava limanında polis İspaniyanın Malaqa şəhərindən gələn sərnişin təyyarəsini mühasirəyə alıb.

Buna səbəb təyyarənin zəbt edilə bilməsi ilə bağlı məlumat olub.

Məlumata görə təyyarə yerə enərkən onu Niderland hava qüvvələrinin iki qərəcə təyyarəsi müşaiyət edib.

Amma təyyarənin mənsub olduğu Vueling şirkəti onun qaçırılması barədə məlumatı təkzib edib.

Şirkətin nümayəndəsi deyib ki, pilotlarla dispeçer arasında anlaşılmazlıq olub.

Təyyarədə 180 sərnişin olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG